Bulvar İdarəsindən daha bir yenilik!
09 Sentyabr 2011 Cümə 13:39
Milli Parkda 8 D tir oyunu açılıb
Bakı Bulvar İdarəsində daha bir yenilik! ANS TV-nin məlumatına görə, Milli Parkda 8 D tir oyunu açılıb.

Belə ki, 4 dost at belində cinayətkarlara qarşı mübarizə aparır. Oyunun iştirakçıları silahla təmin edilib. Eynəkləri taxdıqdan sonra istədiyin qəhrəmanı seçmək lazımdır. Bundan sonra bankı soyan cinayətkarları zərərsizləşdirmək qalır. Atla arxasınca düşdüyün cinayətkarla mübarizədə qarşına digər maneələr də çıxır. Məqsədinə çatmaq üçün qarşısına çıxan əli silahlılara, digər əşyalara da atəş açmaq lazımdır. Dəqiq atəş xalla hesablanır. 4 oyunçunun silahının gülləsi ayrı-ayrı rənglərdədir. Bu, oyunun sonunda xalları hesablamağa kömək edir. Ən çox xal toplayan oyunun qalibi sayılır.

Oyunda xüsusi effektlərdən də istifadə edilir. Məsələn, sürdüyün at hərəkətinə görə heç də əsl atdan fərqlənmir. Bir əli ilə yüyənindən yapışmaq, digər əl ilə atəş açmaq lazımdır. Oyun həyəcanlı olduğu qədər də maraqlıdır, su və külək effektləri var.




DOSTLARINLA PAYLAŞ:

oyunlar