Bu il Gəncədə Novruz şənliyi fərqli formada qeyd ediləcək
12 Mart 2012 Bazar Ertəsi 11:06
Başdan-başa bəzədiləcək Cavad xan küçəsində qədim sənət nümunələrindən ibarət sərgi təşkil olunacaq
Bu il Gəncədə Novruz şənliyi fərqli formada qeyd ediləcək. Bu barədə şəhər mədəniyyət və turizm idarəsindən məlumat veriblər.

Məlumatda deyilir ki, martın 20-də keçiriləcək bayram şənliyi iki hissədən ibarət olacaq. Gəncə Dövlət Dram və Kukla teatrlarının aktyorları müxtəlif tamaşa və filmlərdən səhnəciklər göstərəcək, başdan-başa bəzədiləcək Cavad xan küçəsində qədim sənət nümunələrindən ibarət sərgi təşkil olunacaq. Burada keçirilən gəzintidən sonra şəhərin mərkəzi meydanında böyük bayram konserti olacaq. Şəhərin incəsənət ustalarının rəngarəng proqramla çıxışları zamanı Novruzun atributları olan Keçəllə Kosa tədbir iştirakçılarına xoş ovqat bəxş edəcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar