Bakının Mikayıl Əliyev küçəsində “8-ci kilometr” körpüsü adlandırılan yolötürücüsündə nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq. Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Böyükşor dairəsində yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar noyabrın 4-dən 25-dək Mikayıl Əliyev küçəsində “8-ci kilometr” körpüsü adlandırılan yolötürücüsündə nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamətdə dayandırılacaq.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
Bu gündən Bakıda bir yol və ən böyük yol ötürücülərindən biri bağlanır
Avtomobillər noyabrın 25-dək onlardan istifadə edə bilməyəcəklər.




Şərhlər