Bu gündən Bakıda bayram yarmarkaları fəaliyyətə başlayır
28 Dekabr 2011 Çərşənbə 00:53
Bu gündən Bakıda bayram yarmarkaları fəaliyyətə başlayır. Yarmarkalar ilin son gününədək işləyəcək.
Yeni il bayramının yaxınlaşması ilə əlaqədar əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları ərzaq məhsullarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil edəcəklər. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yarmarkalar dekabrın 28-31-də aşağıdakı ünvanlarda təşkil olunacaq:

Binəqədi rayonu
- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə Litseyin həyəti
- Biləcəri qəsəbəsi, 284 saylı məktəbin yanındakı sahə

Xətai rayonu
- Bakı kinoteatırının yanı
- Məhəmməd Hadi küçəsi, Əhmədli metrosunun çıxışı

Nərimanov rayonu
- Əliyar Əliyev küçəsi 26, “Bakı Taxıl” ASC-nin ərazisi
- Keşlə bazarının ərazisi

Nəsimi rayonu
- “Təzə bazar”ın ərazisi
- 3-cü mikrorayon, “Tovuz-Baltiya LTD”nin ərazisi

Nizami rayonu
- “8-ci km” bazarının ərazisi
- Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, dəmiryol vağzalının yanı

Səbail rayonu
- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı

Suraxanı rayonu
- Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2
- Qaraçuxur qəsəbəsi, “Günəş” ticarət mərkəzinin yanı

Yasamal rayonu
- Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar