Ölkə

Bu gün yel çərşənbəsidir

Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır

· Xəbərçi
Bu gün yel çərşənbəsidir

Bu gün çərşənbələrdən üçüncüsü yel çərşənbəsidir. İnanca görə, yel çərşənbəsində adətən hava təmizlənir. Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır. Ümumiyyətlə isə Novruz bayramına qədər 4 çərşənbə - su, od, yel və torpaq çərşənbələri qeyd edilir. Hər bir çərşənbənin öz mənası var. Su çərşənbəsi dağlardakı qarın əriyib torpağı qidalandırması ilə, od çərşənbəsi - günəşin torpağı qızdıraraq yeni əkinə hazılaşdırması ilə, yel çərşənbəsi yelin təzəcə çıxmış otları oyadaraq Novruzun gəlişi barədə xəbərdar etməsilə, torpaq çərşənbəsi isə əkinin başlanması ilə bağlıdır. Çərşənbə axşamınız mübarək!/ANSPRESS/

Şərhlər