Bu gün Nərimanov rayonunda qaz olmayacaq
22 Noyabr 2011 Çərşənbə Axşamı 14:43
Bu gün Nərimanov rayonunda qaz olmayacaq. Qaz təchizatında məhdudiyyətə səbəb təmir işləridir.
Bu gün Bakının Nərimanov rayonunda qaz təchizatında məhdudiyyətlər olacaq. ANS PRESS-in Dövlət Neft Şirkətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, cari təmir işlərinin aparılması ilə əlaqədar noyabrın 22-də saat 18:00-a qədər Əzizbəyov qazpaylayıcı stansiyasından şəhərə gələn qaz xəttində təchizat dayandırılacaq. Təmir müddətində Nərimanov rayonunun Heydər Əliyev prospekti, Ağa Nemətulla, Təbriz, Arif Heydərov, Murtuz Nağıyev küçələrinin və Böyük Şor qəsəbəsinin təbii qaz təchizatında fasilələr yaranacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar