Bu gün Hesabat jurnalının 7 yaşı tamam olur
23 Aprel 2012 Bazar Ertəsi 07:03
“Hesabat” jurnalında cəmiyyətdə mövcüd olan problemlər və şərhlər dərc olunur.
Bu gün Azərbaycan mətbuatında müstəsna yerə sahib olan “Hesabat” jurnalının yaranma günüdür. “Hesabat” jurnalı 23 aprel 2005-ci ildə təsis edilib. “ANS PRESS” Nəşriyyat Evi tərəfindən dərc olunan “Hesabat” jurnalında cəmiyyətdə mövcüd olan problemlər: korrupsiya, rüşvətxorluq, vergi yayınmaları, məmur özbaşnalığı və s. barədə məqalə və şərhlər dərc olunur. Jurnal, Azərbaycanda şəffaf vətəndaş cəmiyyəti qurmaq istiqamətində əlindən gələni edən ciddi iqtisadi-siyasi nəşr olaraq qalır.
“www.anspress.com” saytının əməkdaşları “Hesabat jurnalının yaradıcı kollektivini bu gün münasibətilə ürəkdən təbrik edir.
DOSTLARINLA PAYLAŞ: