Bu gün hava şəraiti əsasən yağmursuz olacaq
07 Mart 2012 Çərşənbə 05:10
Günün birinci yarısınadək arabir güclənən şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında bu gün hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturunun gecə 1-3 dərəcə isti, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında bu gün hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti təşkil edəcək.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.
Martın 07-də Abşeron yarımadasında hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Günün birinci yarısınadək arabir güclənən şimal küləyi əsəcək.
DOSTLARINLA PAYLAŞ: