Bu gün hava necə olacaq?
12 Aprel 2012 Cümə Axşamı 04:39
Bakıda mülayim cənub küləyi əsəcək, 28 dərəcəyədək isti gözlənilir.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-19 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 18-23 dərəcə isti təşkil edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar