Bu gün hava necə olacaq?
21 Sentyabr 2011 Çərşənbə 04:36
Paytaxtda şimal-qərb küləyi gözlənilir
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 22-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19 dərəcə, gündüz 24-29 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Hava şəraiti haqqında qısa icmal: Yaxın 2 gün ərzində Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar