Bu gün hava necə olacaq?
10 Sentyabr 2011 Şənbə 02:41
Günün birinci yarısında 28-33 dərəcə, ikinci yarısında 24-27 dərəcə isti olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-21 dərəcə, günün birinci yarısında 28-33 dərəcə, günün ikinci yarısında 24-27 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 30-35 dərəcə, dağlarda gecə 9-14 dərəcə, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Hava şəraiti haqqında qısa icmal: Sentyabrın 10-u səhərdən 11-i gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi, sonrakı günlərdə temperaturun tədricən 4-6 dərəcə aşağı enəcəyi gözlənilir.
DOSTLARINLA PAYLAŞ: