Bu gün hava necə olacaq?
06 Sentyabr 2011 Çərşənbə Axşamı 02:56
Güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər
Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 22-26 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə lokal leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 22-27 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz: Yaxın 2 gün ərzində Abşeron yarımadasında sərin hava şəraiti əksər meteohəssas insanlar üçün əlverişli olsa da, bu gün güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
DOSTLARINLA PAYLAŞ: