Bu gün hava buludlu və yağmursuz olacaq
26 Mart 2012 Bazar Ertəsi 07:50
Azərbaycanın rayonlarında qısamüddətli yağış gözlənilir.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, axşam tutqun olacağı gözlənilir. Temperaturun gecə 3-5° isti, gündüz 11-16° isti, Bakıda gecə 3-5° isti, gündüz 14-16° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 754 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-90 faiz, gündüz 60-70 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam az yağıntılı olacağı ehtimalı var. Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 14-18° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa,Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, axşam az yağıntı olacağı ehtimalı var. Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Ağcabədi,Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 2-6° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, axşam yağıntılı olacağı gözlənilir. Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 1-5° şaxta, gündüz 0-4° isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 6-11° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Ağdaş, Kürdəmir, İmişli,Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul,Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 2-7° isti, gündüz 15-19° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaq. Temperaturun gecə 3-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar