Bu gün hava az yağıntılı olacaq
01 Mart 2012 Cümə Axşamı 04:40
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13 dərəcə şaxta təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən səhər və axşam az yağıntılı olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 2-4 dərəcə isti, günün birinci yarısında 6 dərəcəyədək isti, axşam doğru isə 2 dərəcəyə yaxın olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bu gün arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13 dərəcə şaxta təşkil edəcək.

Martın 01-də hava şəraitinin dəyişiləcəyi, temperaturun ötən günlərə nisbətən 5-7 dərəcə aşağı enəcəyi, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar