İçməli suyu mənbələrindən Abşeron yarımadasına nəql edən magistral kəmərlərdə təmir-profilaktika işlərinə başlanılıb. “Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu məqsədlə Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən Maştağa Su anbarına su nəql edən iki magistral kəmərin birində təmir-bərpa işləri aparılır. Yenidənqurma işləri çərçivəsində magistral kəmərin vəziyyəti yoxlanılır, təmirə ehtiyac olan hissələr bərpa edilir, nasaz siyirtmələr yeniləri ilə əvəzlənir. Bununla əlaqədar aprelin 10-da Saray, Mehdiabad, Novxanı bağları ərazisinə, həmçinin paytaxtın Suraxanı və Sabunçu rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Bu gün Bakının bəzi ərazilərinə su verilməyəcək
Maştağa Su anbarına su nəql edən iki magistral kəmərin birində təmir-bərpa işləri aparılır




Şərhlər