Bu gün Bakıda sulu qar gözlənilir
15 Mart 2012 Cümə Axşamı 06:02
Yaxın 2 gün ərzində ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, temperatur 4-6 dərəcə aşağı enəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında bu gün buludlu, arabir yağıntılı hava şəraitinin üstünlük təşkil edəcəyi, axşam bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-3 dərəcə isti, günün birinci yarısında 5-7 dərəcə isti, axşam 2 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 6-11 dərəcə şaxta olacağı gözlənilir.

Yaxın 2 gün ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Temperatur ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar