Bu gün Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
10 May 2012 Cümə Axşamı 01:09
Dövlət Yol Polisi yolların bağlanması ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü və Gül bayramı ilə əlaqədar Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov ANS PRESS-ə bildirib ki, M.Müşfiq küçəsinin kəsişməsindən Parlament prospekti ilə Fəxri xiyaban istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Həmçinin Füzuli, Bülbül, Rəşid Behbudov, Bakıxanov, İnşaatçılar, Hüseyn Cavid küçə və prospektlərində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

İdarə əhalidən tədbir iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə bu istiqamətlərdə şəxsi nəqliyyat vasitələrinin parklandırılmasının mümkünsüzlüyünü nəzərə alaraq, şəxsı nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələrini xahiş edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar