Bu gün Bakıda çovğun olacaq
11 Fevral 2012 Şənbə 00:10
Paytaxtda güclü külək və şaxta gözlənilir.
Bu gecə Bakıda və Abşeron yarımadasında gecə və səhər güclü küləkli, şaxtalı və covğunlu hava şəraitinin davam edəcəyi, fasilələrlə az qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturunun gecə və səhər 3-7 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında fasilələrlə qar yağacağı, gecə və səhər bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta, dağlarda gecə 15-20 dərəcə şaxta, gündüz 5-10 dərəcə şaxta proqnozlaşdırılır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar