Bu gün Bakıda avtobuslar iş vaxtını tez yekunlaşdıracaq
10 Fevral 2012 Cümə 13:15
Saat 22:00-dan sonra avtobuslar işləməyəcək.
Bu gün paytaxtda avtobuslar iş vaxtını tez yekunlaşdıracaq. Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, Bakıda avtobuslar saat 22:00-dək işləyəcək.

“Hazırda paytaxtda xəttə 1130 avtobus çıxarılıb. Avtobuslar əsasən mərkəzdə daha yaxşı işləyir. Lakin ola bilər ki, günortadan sonra bu avtobusların sayında azalma olsun. Həmişəki kimi, əsas problem Günəşli, Zığ, Hövsan, Biləcəri istiqamətlərində mövcuddur. Həmin ərazilərdə avtobusların hərəkəti çətinləşib. Avtobusların tez yığışdırılmasının səbəbi də təhlükəsizliklə bağlıdır”, - deyə Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzalında işlər hələlik normaldır. Bütün istiqamətlərdə, həm şəhərlərarası, həm beynəlxalq marşrutlara 67 avtobus çıxıb. Avtovağzaldan 1158 sərnişin yola salınıb.

Qeyd edək ki, hələlik ictimai nqəliyyat üzrə heç bir yol qəzası qeydə alınmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar