Bu gün Azərbaycanda iki aviareys təxirə salınıb
07 Noyabr 2011 Bazar Ertəsi 16:18
Bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanından Moskvaya və Naxçıvana uçmalı olan reyslər təxirə salınıb.
 Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" QSC-dən məlumat verilib.

Məlumata görə, avirayeslərin təxirə salınmasına sərnişin azlığı səbəb olub.

Eyni zamanda Naxçıvandan, eləcə də Moskvadan Bakıya gəlməli olan reyslər də yerinə yetirilməyib. Azərbaycan paytaxtına gəlməli olan aviareyslərin təxirə salınmasının səbəbləri isə göstərilmir.

Təxirə salınan Bakı-Naxçıvan, Naxçıvan-Bakı aviareysi "AZAL"-a məxsusdur. Bakı-Moskva, Moskva-Bakı reysi isə "Sibir" hava yollarına aiddir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar