Ölkə

Britaniyanın enerji və iqlim dəyişikliyi naziri Azərbaycana gələcək

Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi naziri Çarlz Hendri sentyabrın 28-30-da Azərbaycanda səfərdə olacaq.

· Xəbərçi
Britaniyanın enerji və iqlim dəyişikliyi naziri Azərbaycana gələcək


Bu barədə APA-ya Böyük Britaniya səfirliyindən məlum verilib.

Səfər zamanı britaniyalı naziri Birləşmiş Krallıq sahibkarlarından ibarət nümayəndə heyəti müşaiət edəcək. Səfər çərçivəsində Britaniya nazirinin Azərbaycan rəsmiləri ilə görüşəcəyi, iki ölkə arasında iqtisadi-ticarət münasibətlərinin cari durumu və perspektivləri, habelə alternativ enerji mənbələri mövzusunu müzakirə edəcəyi gözlənilir.

Şərhlər