Ölkə

Borclu abonentlərin işığı kəsiləcək

Abunəçilərə borclarını ödəmək üçün verilmiş xəbərdarlıq müddəti saat 15:00-da başa çatır

· Xəbərçi
Borclu abonentlərin işığı kəsiləcək

Bu gün «Bakıelektrikşəbəkə» açıq səhmdar cəmiyyəti istifadə etdiyi elektrik enerjisinə görə, borcunu ödəməyən abunəçilərin işığını kəsməyə başlayacaq. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, abunəçilərə borclarını ödəmək üçün verilmiş xəbərdarlıq müddəti saat 15:00-da başa çatır. Buna görə də, borclu vətəndaşların enerji təchizatı qeyd-şərtsiz dayandırılacaq./ANS PRESS/

Şərhlər