Dövlət Neft Şirkəti yazın gəlişi ilə əlaqədar ekoloji təmizlik aylığı keçirir. Şirkətin prezidenti Rövnəq Abdullayev bu gündən başlayaraq həftəsonu iməciliklərin keçiriləcəyini bildirib. Özü də ağac əkən şirkət rəhbəri bütün idarə və müəssisələrdə 35 mindən artıq işçinin iməciliyə qatıldığını deyib.
Onun sözlərinə görə, ən böyük işlər Bibiheybət nef-qaz mədən ərazisində neftdən təmizlənmiş ərazidə görüləcək və burada on minlərlə ağac əkiləcək. R.Abdullayev dünya iqtisadi böhranına baxmayaraq, şirkətin ekoloji layihələri davam etdirəcəyini və Abşerondakı neftlə çirklənmiş ərazilərin təmizlənəcəyini bildirib. Bu gün Bibiheybətdə həçminin ekoloji yoxlama-ölçmə məntəqəsinin açılışı da keçirilib. /ANS TV/