Bəzi ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti ucuzlaşıb
08 Noyabr 2011 Çərşənbə Axşamı 11:05
Un, çovdar və qarışıq undan bişirilən çörək və yumurta və s.-nin qiyməti ucuzlaşıb.
Oktyabr ayında bəzi ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində ucuzlaşma müşahidə olunub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ərzaq məhsullarından unun, çovdar və qarışıq undan bişirilən çörəyin, yumurtanın, limonun, portağal və naringinin, almanın, armudun, narın, qozun, kələmin, göyərtinin, çuğundurun, kökün, soğanın, kartofun və s. məhsulların qiymətləri ucuzlaşıb.

Oktyabrda qeyri-ərzaq mallarından sutənzimləyici cihazın, kəsilmiş taxtanın, ağac lifli lövhələrin, sementin, qonaq və yemək otaqları üçün mebel dəstlərinin, tozsoranların da qiymətləri ucuzlaşıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar