Azərbaycan martın 12-dən 15-dək dünyanın ən nüfüzlu turizm sərgilərindən olan "İTB-Berlin" beynəlxalq turizm sərgisində növbəti dəfə təmsil olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, sərgidə ölkəmizin turizm potensialı haqqında ətraflı məlumat vermək üçün pavilyon icarəyə götürülüb. Burada alman dilində nəşr olunmuş reklam-çap məhsulları və milli suvenirlər nümayiş olunacaq.
Sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri, ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələrindən ibarət heyət təmsil edəcək./ANS PRESS/