Ölkə

Bəybala Abbasov vəfat edib

Tibb elmləri doktoru Bəybala Abbasov vəfat edib.

· Xəbərçi
Bəybala Abbasov vəfat edib
Azərbaycan tibb elminə ağır itki üz verib. Azərbaycan Respublikasının əməkdar həkimi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, prezident təqaüdçüsü Bəybala Abbasov bu gün səhər 5 radələrində vəfat edib. Bu barədə B. Abbasovun qohumu, 1 saylı Mərkəzi Xəstəxananın cərrahı Azərcan Əhmədov ANS PRESS-ə məlumat verib.

Qeyd edək ki, Bəybala Abbasov 1923-cü il noyabrın 17-də Siyəzən rayonunun Zərgərli kəndində anadan olub. 1949-cu ildə Azərbaycan Tibb Universitetinin (ATU) müalicə-profilaktika fakültəsini bitirib, həmən ildə ümumi cərrahiyyə üzrə 6 aylıq kurs bitirdikdən sonra, 1950-ci ildə ATU-nun topoqrafik anatomiya və operativ cərrahiyyə kafedrasına 3 illik ordinator vəzifəsinə seçilib. 1953-cü ildə N.A.Semaşko adına xəstəxananın nəzdində olan operativ cərrahiyyə klinik şöbəsində müdir, 1958-ci ildən 1963–cü ilədək cərrahi şöbələr üzrə baş həkimin müavini vəzifəsində çalışıb. 1957-ci ildən uzun müddət Səhiyyə Nazirliyinin müalicə komissiyasının 4-cü şöbəsinin konsultantı olub, mürrəkkəb cərrahi əməliyyatlar aparıb. 1989-cu ildən indiyədək ümumi cərrahiyyə kafedrasının professoru vəzifəsində çalışır.

Şöhrət ordeni, Səhiyyə əlaçısı nişanı, Səhiyyə Nazirliyinin 6 Fəxri fərmanı ilə, 3 medalla təltif olunub.

Allah rəhmət eləsin!

Şərhlər