Bayram günlərində Azərbaycanın bəzi yerlərində havanın temperaturu 20 dərəcəyə yüksələcək, bəzi əra
19 Mart 2012 Bazar Ertəsi 12:27
Bakı və Abşeron yarımadasında martın 20-də hava yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Martın 21-də hava əsasən yağmursuz olacaq. Gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman müşahidə ediləcək. Axşam buludluluğun artacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 2-5, gündüz 13-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 20-də hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz saatlarında əsasən dağlıq rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta təşkil edəcək.

Martın 21-də bölgələrdə hava əsasən yağmursuz keçəcək. Lakin axşam Böyük Qafqazın bəzi rayonlarında, bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 9-14° şaxta olacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar