Bayıl yamacı ilə bağlı 3 mərhələli layihə hazırlanıb
20 Aprel 2012 Cümə 16:00
"Sürüşmə zonası Qanlı göldən Bayraq Meydanına kimi olan 800 ha ərazini əhatə edir".
"Bayıl yamacındakı sürüşmə zonasının dayanıqlığını yoxlamaq üçün həmin ərazidə tədqiqat işləri aparılıb".
Bunu “Azərinşaatlayihə” dövlət baş layihə-konstruktor və texnoloji institutunun direktoru Yusif Nağıyev bildirib.
Onun sözlərinə görə, prezident İlham Əliyevin tapşırığı ilə FHN tərəfindən Yaponiya və Hollandiyanın tanınmış şirkətlərinin Azərbaycana dəvət olunublar. Tədqiqat işləridə həmin şirkətlərin və nazirliyin aparıcı mütəxəssisləri ilə birlikdə aparılıb. "Dayanıqlığın səviyyəsi öyrənildikdən sonra bununla bağlı layihə hazırlanıb".

Direktor layihənin 3 mərhələdən ibarət olduğunu bildirib. Birinci mərhələdə Neftçilər prospekti ilə Tofiq Bağırov küçəsinin kəsişməsində sürüşmənin dibini yükləmək üçün torpaq tökülüb. Daha sonra həmin ərazidə yaşıllıq zonası salınacaq. İkinci mərhələdə Tofiq Bağırov küçəsinin aşağı hissəsində 55 metr dərinliyə kimi torpaqda bərkitmə işləri aparılacaq və yuxarı yamaclarda isə suyun səviyyəsini 3 -5 metr aşağı salmaq üçün drenaj quyuları qazılacaq.

Y. Nağıyev sürüşmə zonasının 800 hektar (ha) ərazini əhatə etdiyini deyib: “Sürüşmə zonası Qanlı göldən Bayraq Meydanına kimi olan 800 hektar ərazini əhatə edir. Tədqiqatlar tamamlandıqdan sonra həmin ərazinin layihəsi hazırlanacaq. Bütün işlər yekunlaşandan sonra Bayıl yamacında stabillik olacaq".




DOSTLARINLA PAYLAŞ:

oyunlar