Baş Prokurorluqda təyinatlar
Zakir Qaralov müvafiq əmr imzalayıb.
Baş Prokurorluqda kadr təyinatları olub. Qurumun mətbuat xidmətindən milli.az xəbər portalına verilən məlumata görə, Azərbaycan Baş prokuroru Zakir Qaralovun müvafiq əmri ilə Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin Mətbuat xidmətinin prokuroru Təranə Vəlizadə tutduğu vəzifədən azad olunmaqla xidmətin böyük prokuroru, Kürdəmir rayon prokurorunun köməkçisi Çingiz Əlizadə isə tutduğu vəzifədən azad olunmaqla ona Mətbuat xidmətinin prokuroru vəzifəsinin icrası həvalə edilib. ANSPRESS




Şərhlər