Ölkə

Baş prokuror: Təhsil Nazirliyinin vəzifəli şəxsləri qanun pozuntularına yol veriblər

Məktəb tikintisi və təmir işləri zamanı ciddi yeyinti hallarına yol verilib.

· Xəbərçi
Baş prokuror: Təhsil Nazirliyinin vəzifəli şəxsləri qanun pozuntularına yol veriblər
“Məktəb tikintisi və təmir işləri zamanı ciddi yeyinti hallarına yol verilib”.APA-nın məlumatına görə, bunu Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib. Baş prokurorun sözlərinə görə, həm bu işləri görən kommersiya təşkilatları, həm də Təhsil Nazirliyinin vəzifəli şəxsləri çox ciddi qanun pozuntularına yol veriblər: “Bununla bağlı başlanmış üç cinayət işinin istintaqı davam etdirilir. Eyni zamanda tikinti zamanı yol verilmiş qanun pozuntularının aradan qaldırılması isə bağlı Təhsil Nazirliyinə mənim tərəfimdən müvafiq təqdimat göndərilib”. ANSPRESS

Şərhlər