Ölkə

Bakıya yağış, bölgələrə qar yağacaq

Paytaxtda hava küləkli olacaq.

· Xəbərçi
Bakıya yağış, bölgələrə qar yağacaq
Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 7-11 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 11-16 dərəcə şaxta təşkil edəcək.

Hava şəraitinin qısa icmalı: Hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı, noyabrın 21-də gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi üstünlük təşkil edəcək.

Şərhlər