Bakıya qar yağır
11 Mart 2012 Bazar 12:16
Sabah da paytaxtda qar yağıntısı gözlənilir
Hazırda Bakıda qar yağır. Bu gün paytaxtda və Abşeron yarmadasında arabir yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədovanın ANS PRESS-ə verdiyi məlumata görə, mülayim şimal küləyi əsəcək.
Martın 12-də isə arabir yağıntılı hava şəraiti gözlənilir. Lakin martın 12-dən 13-nə keçən gecə az yağıntılı olacağı, səhər kəsiləcəyi, gündüz isə yağıntısız hava gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın tempraturu martın 12-də gündüz saatlarında 6-8 dərəcə isti, lakin martın 13 və 14-də havanın tempraturunun tədricən yüksələrək günorta saatlarında 7-11 dərəcə isti müşahidə olunacaq.
Bölgədə də hava şəraiti martın 13-ə qədər yağıntılı olacaq. Sulu qar, qar yağacaq, mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Martın 12-də gündüz qərb rayonları, 13-ü şərq rayonlarında yağıntı tədricən kəsiləcək.
Martın 13 və 14-ə hava şəraiti nisbətən mülayim, gün ərzində yağmursuz olacaq. Havanın tempraturu mərkəzi Aran rayonlarında martın 13 və 14-də tədricən yüksələrək günorta saatlarında 8-13 dərəcə isti, dağlarda isə günorta saalarında 4-8dərəcə isti müşahidə olunacaq.
DOSTLARINLA PAYLAŞ: