Bakıya qar yağır
24 Noyabr 2011 Cümə Axşamı 10:24
Bu, fəslin ikinci qarıdır.
Bu gün paytaxt Bakıya fəslin ikinci qarı yağıb. Qar yağışı gecə saatlarından başlayıb və hazırda da davam edir. Paytaxtın bəzi ərzilərində bir neçə sm hündürlüyündə qar müşahidə edilir.

Baş Dövlət Yol Polisi İdarəsi soyuq və şaxtalı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək onları ehtiyatlı olmağa çağırıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti kəskin soyuq və yağıntılı keçəcək. Arabir sulu qar, bəzi yerlərdə qar yağışı davam edəcək. Temperaturun anomal gedişi gözlənilir. Gecə və səhər 1-3 dərəcə isti, gündüz və axşam 0-2 dərəcə şaxta olacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar