Bakıya London taksilərinin yeni partiyası gətirilib
02 Dekabr 2011 Cümə 13:56
İlin sonunadək daha 200 yeni avtomobil istismara verəcək.
İlin sonunadək “Baku Taxi Company” şirkəti London Taxi TX4 markalı daha 200 yeni avtomobili istismara verəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Nəqliyyat Nazirliyindən bildirilib.

Nazirlikdən deyildiyinə görə, London Taxi TX4 markalı 200 avtomobil artıq ölkəyə gətirilib və hazırda onlar lazımi sənədləşmə prosedurundan keçirlər.

“Yeni maşınlar paytaxt küçələrinə yeni ilədək çıxarılacaq”, - nazirlikdən bildiriblər.

Hazırda Bakının küçələrində 300 ədəd bənövşəyi rəngli London Taxi TX4 avtomobilləri xidmət göstərir.

Azərbaycan Nəqliyyat Nazirliyinin elan etdiyi "Bakıda taksi parkının London Taxi TX4 markalı avtomaşınlara dəyişdirilməsi" proqramı çərçivəsində yeni "Baku Taxi Company" şirkəti yaradılıb.

“Manganese Bronze Holdings PLC” və Çinin avtomobil istehsalçısı “Geely Automobile Holdings Limited”in birgə müəssisəsi olan “Shanghai LTI” şirkətinin bu taksilərinin 2011-ci ildə Bakıya tədarükü üzrə saziş London şirkəti üçün ən iri müqavilədir. Sifarişin ümumi dəyəri 27 milyon dollara yaxındır.

Azərbaycan Nəqliyyat Nazirliyindən bir qədər əvvəl bildirmişdilər ki, Bakıya ümumilikdə üç minədək yeni taksinin gətirilməsi planlaşdırlır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar