Ölkə

Bakıya güclü qar yağır

Bu gün güclü şimal-qərb küləyi əsəcək.

· Xəbərçi
Bakıya güclü qar yağır
Bu gün səhər saat 7 radələrindən başlayaraq paytaxt Bakıya güclü qar yağır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün
Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 17-də hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18 dərəcə şaxta olacağı gözlənilir.

Şərhlər