Bakıya daha 200 yeni taksi gətirilib
22 Oktyabr 2011 Şənbə 22:39
İlin sonunadək bu rəqəmin 1000-ə çatdırılacağı gözlənilir.
Bakı şəhərində taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə paytaxta Avropa standartlarına cavab verən daha 200 yeni taksi avtomobili gətirilib. Paytaxtda nəqliyyat sisteminin təkmilləşdirilməsi çərçivəsində həyata keçirilən kompleks tədbirlərdən biri də taksi fəaliyyətini yüksək səviyyədə tənzimləməkdir.

Bu məqsədlə artıq Bakıya bənövşəyi rəngli “TX4” modelli avtomobillər gətirilir. Hazırda paytaxtda bu tipli 300 taksi xidmət göstərir. Bu günlərdə isə daha 200 taksi avtomobili paytaxtımıza gətirilib. İlin sonunadək bu rəqəmin 1000-ə çatdırılacağı gözlənilir. Ümumilikdə isə paytaxta 3 min “TX4” avtomobilinin gətirilməsi nəzərdə tutulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar