Ölkə

Bakıya “Boeing”in yeni modelini gətiriləcək

“787 Dreamliner” təyyarəsi aprelin 2-3-də Bakıda olacaq

· Xəbərçi
Bakıya “Boeing”in yeni modelini gətiriləcək
“Boeing” korporasiyası yeni modelini tanıtmaq üçün dünya turuna başlayıb. “Boeing” korporasiyasının nümayəndələri yeni “787 Dreamliner” təyyarəsini dünyada tanıtmaq üçün “787 Dream Tour” çərçivəsində aprelin 2-3-də Bakıya gələcəklər. Müasir texnologiyalarla təchiz olunan və gövdəsi kompozit materialından hazırlanan “787 Dreamliner” təyyarəsi dünya səyahəti çərçivəsində Santyaqo (Çili), Şannon (İrlandiya), Moskva (Rusiya), İstanbul (Türkiyə) və Madridə (İspaniya) də səfər edəcək.

Şərhlər