Ölkə

Bakının rayonlarından birinə su verilişi dayandırılacaq

Bu, “Qara Şəhər” ərazisində aparılacaq təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədadır.

· Xəbərçi
Bakının rayonlarından birinə su verilişi dayandırılacaq
Bakının Xətai rayonunun Ə.Axundov, N.Rəfiyev, İ.Orucova, S.Orucov, A.Cəlilov, F.Bayramov, R.Əliyev küçələri, eləcə də Xocalı və Nobel prospektlərinin bir hissəsinə içməli suyun verilməsi 02 noyabr saat 09:00-dan 03 noyabr saat 09:00-dək dayandırılacaq. "Azərsu” Açıq Səhmdar Cəmiyyətindən ANS PRESS-ə verilən məlumata görə, bu, “Qara Şəhər” ərazisində aparılacaq təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədadır.

"Azərsu" müvəqqəti narahatlığa görə istehlakçılardan üzr istəyir.

Şərhlər