Ölkə

Bakının mərkəzi küçəsi bağlandı

Səbəb yolun bir hissəsinin təmiridir.

· Xəbərçi
Bakının mərkəzi küçəsi bağlandı
Bakının mərkəzi küçələrindən biri bağlanıb. Milli.Az-ın məlumatına görə, Səbail rayonundakı Bünyad Sərdarov küçəsinə avtomobillərin hərəkəti dünəndən tam məhdudlaşdırılıb. İstiqlaliyyət küçəsindən həmin küçəyə hərəkət qadağandır. İstiqlaliyyət küçəsindən həmin istiqamətə gedən yolda, yol polisi əməkdaşları hərəkəti nizamlayırlar.

Səbail rayon İcra Hakimiyyətindən verilən məlumata görə, bir neçə gün əvvəl Bünyad Sərdarov küçəsinin bir hissəsinin təmirinə başlanılmışdı. İndi isə həmin küçənin Lermontov küçəsi ilə kəsişməsində qazıntı və təmir işləri aparılır. Ona görə də İstiqlaliyyət küçəsindən gələn maşınların hərəkəti qadağan olunub.

İcra Hakimiyyətindən bildirilib ki, təmir işlərinin bu ayın sonunadək başa çatdırılacağı gözlənilir.

Onu da əlavə edək ki, təmir işləri Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamenti tərəfindən aparılır.

Şərhlər