Bakının mərkəzi küçələrindən biri Səməd Vurğun küçəsi genişləndiriləcək. Day.Az-ın məlumatına görə, bu barədə Bakı Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər.
Təmir işlərilə əlaqədar olaraq artıq yolun bir hissəsi bağlanıb. Söhbət Süleyman Rəhimov küçəsindən Füzuli küçəsinədək olan ərazidən gedir. Salatın Əsgərova küçəsindən Şəmsi Bədəlbəyli küçəsinədək olan ərazidə hərəkət ikitərəfli olacaq.
Qeyd edək ki, təmir işlərinin nə vaxt başa çatdırılacağı açıqlanmır.
Bakının mərkəzi küçələrindən biri genişləndiriləcək
Genişləndiriləcək küçədə hərəkət ikitərəfli olacaq.




Şərhlər