Ölkə

Bakının mərkəzi küçələrindən biri bağlandı

Küçədə yol örtüyü dəyişdirilir.

· Xəbərçi
Bakının mərkəzi küçələrindən biri bağlandı
Bakıda Xarici İşlər Nazirliyinin binası yaxınlığındakı Şamil Əzizbəyov küçəsinin bir hissəsi bağlanıb. Day.Az saytının verdiyi məlumata görə, səbəb yolda təmir-tikinti işlərinə başlanılmasıdır. Təmir işlərini aparan podratçı şirkətdən bildiriblər ki, küçədə yol örtüyü dəyişdirilir: "Müasir standartlara uyğun aparılan işlər ilin sonunadək başa çatdırılacaq".

Şərhlər