Bakının ən gur metro stansiyalarından biri bağlandı
01 Noyabr 2011 Çərşənbə Axşamı 00:46
“Məşədi Əzizbəyov” stansiyası dekabradək işləməyəcək.
Bu gündən Bakı Metropoliteninin “Məşədi Əzizbəyov” stansiyasına sərnişinlərin giriş və çıxışı tam məhdudlaşdırılacaq. Bakı Metropolitenindən ANS PRESS-ə verilən məlumata görə, artıq stansiyaya giriş və çıxış tam dayandırılıb. Bu gündən qatarlar həmin stansiyada saxlamadan birbaşa keçəcək.

Bakı Metropoliteninin məlumatına görə, stansiyaya sərnişinlərin giriş və çıxışının məhdudlaşdırılması yenidənqurma işləri ilə bağlıdır. Stansiya dekabr ayında təkrar istifadəyə açılacaq.

Stansiyada aparılacaq yenidənqurma işləri nəticəsində keçidin yeri dəyişdiriləcək, daxili interyer yenilənəcək, tavan 6 metr 45 sm hündürlüyədək ucaldılacaq, həmçinin yeni giriş və çıxışlar açılacaqdır.

Bu məhdudiyyətlərlə əlaqədar, son dayanacağı “Məşədi Əzizbəyov” stansiyasının qarşısında olan avtobus marşrutlarının sxemində də dəyişiklik edilib. Dayanacaqlar müvəqqəti olaraq metronun “Ulduz” stansiyasının qarşısına köçürüləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar