Bakının bir neçə prospekti yenidən qurulacaq
27 Dekabr 2011 Çərşənbə Axşamı 02:40
Hazırda layihə nəzərdən keçirilir.
Bu günə qədər Azərbaycanda 21 rayon mərkəzlərinin baş planları başa çatdırılıb. ANS PRESS-in məlumatına görə, Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Yap.org.az saytına müsahibəsində deyib. Onun sözlərinə görə, hazırda Gəncə, Sumqayıt, Xırdalan və Şəki şəhərlərinin Baş Plan layihələri üzərində iş gedir: “Onlar işlənildikdən sonra Komitənin nəzdində yaradılmış Şəhərsalma Şurasında baxılır və müsbət rəy alındıqdan sonra təsdiq etmək üçün müvafiq yerli icra hakimiyyəti orqanlarına göndərilir. Respublika əhəmiyyətlı şəhərlərin baş planları Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Eyni zamanda qeyd etməliyəm ki, hələ respublikanın 50-yə yaxın şəhərinin Baş Planı işlənməlidir”.

Komitə sədri Bakıda bir neçə prospektin yenidən qurulacağını da açıqlayıb: “Bakı şəhərinin mərkəzi hissəsinə daxil olan Vaqif prospekti, İ.Qutqaşınlı və Y.Səfərov küçələri arasındakı ərazinin yenidən qurulmasının müfəssəl planlaşdırma layihəsi də işlənib başa çatıb. Hazırda həmin layihə baxılmaqdadır”.

Abbas Ələsgərov bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı»nın icrası ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Aran, Quba - Xaçmaz, Gəncə - Qazax, Şəki - Zaqatala və Lənkəran iqtisadi rayonlarının regional planlaşdırma sxemlərinin işlənməsi həyata keçirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar