Bakının 5 rayonuna içməli suyun verilməsi məhdudlaşdırılıb
07 Yanvar 2012 Şənbə 12:10
7-8 yanvar tarixlərində həmin ərazilərə içməli su fasilələrlə veriləcək.
Bakı şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən layihələrə uyğun olaraq yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması prosesi aparılır. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə daxil olan məlumata görə, paytaxtın şərq hissəsində yerləşən “+ 69 Şərq” su anbarında yeni xətlərin şəbəkəyə qoşulması, həmçinin Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakıya içməli su nəql edən kəmərdə aparılan təmir işləri ilə əlaqədar Bakının Qaradağ, Binəqədi, Nizami, Suraxanı və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılıb. Bununla əlaqədar 7-8 yanvar 2012-ci il tarixlərində həmin ərazilərə içməli su fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” Açıq Səhmdar Cəmiyyəti abonentlərdən üzr istəyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar