Ölkə

Bakının 3 rayonuna suyun verilməsində məhdudiyyətlər olacaq

Bu, məhəllədaxili su xətlərinin yeni çəkilmiş magistral kəmərlərə qoşulması ilə əlaqədardır.

· Xəbərçi
Bakının 3 rayonuna suyun verilməsində məhdudiyyətlər olacaq
"Azərsu" məhəllədaxili su xətlərinin yeni çəkilmiş magistral kəmərlərə qoşulması işlərini aparır. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə daxil olan məlumata görə, bununla əlaqədar 05-06 dekabr tarixlərində Bakının Nəsimi, Yasamal, Nərimanov rayonlarının bir hissəsinə - Ş. Əzizbəyov, M. Topçubaşov, Mərdanov qardaşları, A.Qurbanov, S.Rəhimov, S.Vurğun, M.Füzuli küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Şərhlər