Bakıelektrikşəbəkə xəbərdarlıq edib
16 May 2014 Cümə 17:12
Bakıelektrikşəbəkə debütor borcu olan abunəçilərə xəbərdarlıq edib. Borcunu ödəməyən abonentlərin elektrik işığı kəsiləcək
Qurumdan ANS PRESS-ə verilən məlumata görə, elektrik enerjisindən istifadəyə görə debütor borcu yaranmış əhali və qeyri əhali abonentlərin (idarə, təşkilat, müəssisələr) elektrik enerjisi təchizatı 20 May 2014-cü il tarixdə, saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq. Qeyd olunan müddətdə borcunu ödəməyən abonentlərin elektrik enerjisi təchizatı heç bir güzəşt edilmədən dayandırılacaq və borc ödənilsə belə təkrar şəbəkəyə qoşulması 24-saatdan sonra mümkün olacaq.

Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün Bakıelektrikşəbəkə ASC tərəfindən çox ciddi tədbirlər görüləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar