Ölkə

Bakıdan yola düşən reyslər təxirə salındı

Bakıda səhər saatlarından başlayan çovğun Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə təsir göstərib.

· Xəbərçi
Bakıdan yola düşən reyslər təxirə salındı
Bakıdan yola düşən təyyarə reysləri təxirə salınıb. Bakıda səhər saatlarından başlayan çovğun Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə təsir göstərib. Bu barədə "Trend"ə aeroportdan məlumat verilib. Baxmayaraq ki, reyslərin heç biri ləğv edilməyib, bütün reyslərin Bakıdan yola düşməsi təxirə salınıb. Həmçinin saat 05:40-da Tehrandan Bakıya gəlməli olan J2 006 reysinin gəlişi saat 12:00-dək təxirə salınıb.

Qeyd edək ki, Naxçıvandan saat 02:55-də Bakıya gəlməli olan J2 258 reysi isə eniş edə bilməyib və geri qayıtmalı olub. Bu reysin gəlişi saat 09:00-dək təxirə salınıb.

Şərhlər