Ölkə

Bakıdan Rusiyanın 3 şəhərinə aviareyslər təxirə salınıb

Uçuşların yerinə yetirilməməsinin səbəbi açıqlanmır.

· Xəbərçi
Bakıdan Rusiyanın 3 şəhərinə aviareyslər təxirə salınıb
Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportundan Rusiyanın 3 şəhərinə, Bakıdan Omsk, Perm və Moskva şəhərlərinə yerinə yetirilməli olan aviareyslər məlum olmayan vaxtadək təxirə salınıb. “AzAL”-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin ANS PRESS-ə verdiyi məlumata görə, problem Rusiya Hava Yollarına aiddir. Hələlik Bakıya uçuşların yerinə yetirilməməsinin səbəbi açıqlanmır.

Qeyd edək ki, sözügedən hər üç aviareysi Rusiya aviaşirkətləri yerinə yetirir.

Şərhlər