Bakıdakı möhtəşəm funikulyor istifadəyə verilir
19 Aprel 2012 Cümə Axşamı 01:11
Funikulyorun köhnə relsləri təzələnib, yaxın günlərdə yeni vaqonlar gətiriləcək
Bakı funikulyorunun sakinlərin ixtiyarına verilməsinə az vaxt qalıb. Milli.Az-ın məlumatına görə, hazırda təmir işlərinin son mərhələsi aparılır. Funikulyorun stansiyaları tamamilə şüşədən yığılıb və piramida formasındadır. Təmir çərçivəsində funikulyorun köhnə relsləri təzələnib. Bununla bağlı yeni vaqonlar alınıb və yaxın günlərdə gətiriləcək. Hazırda ətrafın abadlaşdırılması və daş döşəmələrin vurulması işləri görülür.

İş icraçısı bildirib ki, funikulyor müasir standartlara uyğun hazırlanıb. Funikulyorun tikintisində istifadə edilən konstruksiyaların müəyyən hissəsi İsveçdən gətirilib.

Səbail Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, funikulyor mayın 10-dək təhvil verilməlidir. Hazırda işlər yekunlaşma mərhələsindədir.

Xatırladaq ki, Bakı funikulyoru 1960-ci il mayın 5-də istifadəyə verilib. İki stansiyası olan funikulyorun stansiyalarının arasındakı məsafə 455 metrdir. Bəhram Gurun heykəli ilə Şəhidlər Xiyabanı arasındakı bu məsafədə lift rolunu oynayan funikulyor istifadəyə verildiyi gündən bu günə qədər Bakı sakinlərinin və paytaxtımıza gələn xarici qonaqların diqqət mərkəzində olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar