Bü gün Bakıda və Abşeron yarımadasında yağıntılı olacağı, sulu qar, qar yağacağı, tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, gecə 0°-yə yaxın, gündüz 3-6° isti olacağı gözlənilir.
Bakıda temperaturun gecə 0°-yə yaxın, gündüz 3-6° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında qar yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaqdır.
Temperatur gecə 2-7° şaxta gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında qar yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaqdır.
Temperatur gecə 7-12 ° şaxta, gündüz 0-5 ° şaxta olacaq.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Temperatur gecə 0-3° isti, gündüz 1-4° isti olacaq.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 7-10° şaxta, gündüz 0-5° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 15-20° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı, gündüz kəsiləcəyi gözlənilir. Temperatur gecə 3° şaxtadan 2° - dək isti, gündüz 5-10° isti olacaq.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 1-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Bakıda yenə qar gözlənilir
Bu gün paytaxtda 3-6 dərəcə isti olacaq.




Şərhlər